Ağsu sakinindən xeyli miqdarda narkotik götürülüb

Ağsu sakinindən xeyli miqdarda narkotik götürülüb
# 05 oktyabr 2015 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ağsu sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Nüydü kəndinin meşə zolağında kənd sakini Əbülfəz Rüstəmov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 25 kiloqram olan 42 ədəd çətənə kolu, habelə 1 kiloqram 970 qram marixuana və 2 qram tiryək aşkar edilərək götürülüb. Onun evinə baxış zamanı isə 18 qram marixuana, “VAZ-21011” markalı avtomobildən isə 7 qram çətənə bitkisinin yarpaqları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR