«Infipro Inc.» şirkəti beynəlxalq vençur yarmarkasına hazırlaşır

«Infipro Inc.» şirkəti beynəlxalq vençur yarmarkasına hazırlaşır
# 22 aprel 2013 07:13 (UTC +04:00)

Bakı – APA-Economics. Martın 15-də RVİA-nın Ümumi İllik İclası keçirilib. Rusiya Vençur İnvestisiya Assosiasiyası (RVİA) üzvlərinin ümumi iclası RVİA-nın ali idarəetmə orqanıdır.

«APA-Economics»in məlumatına görə, illik iclasda Assosiasiya tərkibindəki idarəetmə şirkətləri, birbaşa və vençur investisiya fondlarının, həmçinin hüquqi və konsaltinq təşkilatlarının nümayəndələri iştirak ediblər. İclasın gündəliyi zəngin və müxtəlif məsələləri əhatə edib. Nümayəndələr 2012-ci ildə görülən işlərin nəticələri, cari il üçün planları müzakirə edərək təsdiq etməli idilər, həmçinin hesabat dövründə RVİA-ya üzvlüklə bağlı müraciətlərə baxmalı idilər.

RVİA-nın Ümumi İllik İclasına «Infipro Inc.» şirkəti də qatılıb. Bu şirkətin adından şirkətin portfolio meneceri Leyla Rəhimova RVİA rəhbərliyi qarşısında çıxış edib və şirkəti Rusiya meydanında təmsil edib.

Qeyd etmək lazımdır ki, «Infipro Inc.» – Azərbaycanın vençur maliyyələşdirmə ilə, yəni innovasiya layihələrinə uzunmüddətli və yüksək riskli investisiya yatırımları ilə məşğul olan yeganə biznes qurumudur (şirkətin işi və layihələri haqda ətraflı məlumat almaq üçün bu sayta daxil olun http://www.infipro.az).

«Bu gün vençur maliyyələşdirməsi XXI əsrin reallıqlarında biznesin qurulması zamanı ən aktual və tələb olunan elementlərdən biridir. Bizim ölkəmizdə bu sahə hələ inkişaf etməyib, məhz elə buna görə «Infipro» şirkəti yaxındakı qonşu ölkələrin bazarlarını öyrənməklə bağlı qərar qəbul edib. Bu, təcrübə və ideyalar mübadiləsi, biznes ittifaqlarının yaradılması üçün imkanlar verəcək, həmçinin vençur və özəl kapitalın ölkə bazarında inkişafına kömək edəcək», - deyə məlumatda bildirilir.

Bir neçə uğurlu layihəyə imza atan «Infipro Inc.» şirkəti beynəlxalq bazara inteqrasiya edərək, fəaliyyətinin sərhədlərini genişləndirir.

RVİA-nın İllik İclası zamanı şirkət Assosiasiya üzvlərin, həmçinin onun rəhbər qurumlarının böyük marağına səbəb olub. Təşkilata üzv olmaqla bağlı müraciətə müsbət cavab verilib, bu isə şirkətin qarşısında böyük imkanlar yaradır.

Hazırda «Infipro Inc.» VIII Kazan Vençur Yarmarkasında iştirak etməyə hazırlaşır. Bu tədbirdə Rusiya və xarici vençur fondları, birbaşa investisiya fondları, strateji və özəl investorlar, «biznes-mələklər», böyük korporasiyalar, investisiya şirkətləri və bank mütəxəssisləri, hüquq və konsaltinq təşkilatları, həmçinin biznesinin inkişafı üçün birbaşa özəl investisiyaların cəlb edilməsində maraqlı şirkətlərin nümayəndələri də iştirak edəcək. Yarmarka aprelin 25-də Kazan şəhərində keçiriləcək.

İllik iclasla bağlı http://www.rvca.ru/rus/events/RVCA-Annual-Meeting/ saytından daha ətraflı məlumat əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR