“Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib
# 26 aprel 2013 13:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Respublika Komitəsinin xidmətinə daxil olan ali təhsil müəssisələrinin tələbə həmkarlar ittifaqı komitələrinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev konfransda çıxışında bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda güclü gənclər siyasətinin əsası qoyulub. S.Mehbalıyev qeyd edib ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib: “Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə Heydər Əliyevdir. Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir”.

Sonra mövzu ətrafında çıxışlar edilib, Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, onun gənclərin layiqli vətəndaş kimi yetişmələri üçün atdığı addımlar barədə çıxışlar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR