İlqar Məmmədovun vəsatəti təmin olunmayıb

İlqar Məmmədovun vəsatəti təmin olunmayıb
# 08 aprel 2013 12:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Nəsimi Rayon Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin girov müqabilində digər cəza növü ilə dəyişdirilməsi barədə verdiyi vəsatətə baxılıb.


Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR