Azərbaycan yanvar-iyul ayları ərzində 14 mln. tona yaxın xam neft ixrac edib

Azərbaycan yanvar-iyul ayları ərzində 14 mln. tona yaxın xam neft ixrac edib
# 15 avqust 2015 07:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyul ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələri əsasında 5 863 948,04 min ABŞ dolları dəyərində 13 mln. 637 min 682,39 ton xam neft ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,10% azdır. Məbləğ dəyərində isə bu rəqəm 48,30% azdır.

Bu ilin yeddi ayında 477 mln. 353,89 min dollar dəyərində 1 mln. 329 min 150,47 ton həcmində neft məhsulları istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35,20% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 31,80% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR