Hicran Hüseynova: “Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 63 azyaşlı uşaq həlak olub”

Hicran Hüseynova: “Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 63 azyaşlı uşaq həlak olub”
# 25 fevral 2013 14:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Bu statistikaya baxmaq kifayətdir ki, ermənilərin Xocalı sakinlərinə qarşı amansız soyqırımı törətdikləri aydın olsun”. APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı, və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Soyqırımı nəticəsində uşaq, qadın, qocalar daxil olmaqla çoxsaylı insanın vəhşicəsinə öldürüldüyünü deyən komitə sədri, hadisə nəticəsində 63 azyaşlı uşaq və 106 qadının həlak olduğunu qeyd edib: “Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub. 150 nəfər itkin düşüb, 1275 dinc sakin əsir alınıb. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 24 uşaq hər iki valideynini itirib, 487 nəfər isə yaralanıb”.

Yaralananlardan 76 nəfərin məhz uşaqlar təşkil etdiyini deyən H. Hüseynova təkcə bu statistikanın ermənilərin Xocalıda necə amansızlıq etmələrini göstərdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR