Çindəki zəlzələdə ölənlərin sayı 179-a çatıb

Çindəki zəlzələdə ölənlərin sayı 179-a çatıb
# 21 aprel 2013 05:12 (UTC +04:00)

Bakı – APA. Çinin Sıçuan əyalətindəki Yəan şəhərində baş vermiş 7 bal gücündə zəlzələdə ölənlərin sayı 179-a çatıb, 6986 adam xəsarət alıb. APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər uçqun altında sağ qalanların axtarışı üzrə əməliyyatı davam edir. Onlara kömək məqsədi ilə hadisə yerinə on minlərlə hərbçi, polis və yanğınsöndürənlər göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR