Azərbaycan XİN başçısı BƏƏ nümayəndə heyətini qəbul edib

Azərbaycan XİN başçısı BƏƏ nümayəndə heyətini qəbul edib
# 18 noyabr 2014 12:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlıq əsasında iqtisadi-ticarət əlaqələrinin dinamik surətdə inkişafının sevindirici hal olduğunu, ölkələrimizin malik olduğu zəngin potensiala uyğun ticarət dövriyyəsinin daha da artırılması üçün əlverişli imkanların olduğunu qeyd ediblər. Bu baxımdan birgə hökumətlərarası komissiyanın əhəmiyyətli rola malik olduğu diqqətə çatdırılıb.

Görüşdə kənd-təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, birgə investisiya layihələri, nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR