Sabirabadda 77 yaşlı kişini maşın vuraraq öldürüb

Sabirabadda 77 yaşlı kişini maşın vuraraq öldürüb
# 03 oktyabr 2014 13:02 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə avtomagistralının 35-ci kilometrliyində qeydə alınıb.

Adı hələlik məlum olmayan İmişli sakini idarə etdiyi "Mersedes" markalı 99 EL 773 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Qalaqayın kənd sakini, 1937-ci il təvəllüdlü Əmişov Atamoğlan Əmkişi oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR