Sabirabad sakini dizel yanacağı içərək intihar edib

Sabirabad sakini dizel yanacağı içərək intihar edib
# 18 avqust 2014 09:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sabirabadda dəhşətli intihar hadisəsi baş verib. Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Kənd sakini Ceyhun Həsənov intihar məqsədilə dizel yanacağı içib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən C.Həsənov orada dünyasını dəyişib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR