Paytaxtda daha bir mərkəzi yol təmirə bağlanıb

Paytaxtda daha bir mərkəzi yol təmirə bağlanıb
# 15 noyabr 2014 07:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Tbilisi prospekti - kənar yolda Cavadxan küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar (yol genişlənməsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti - Əsas yoldan (yol ötürücüsü ilə) və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR