QHT-lərə Dövlət Dəstəyi Şurasında Avropa Xalq Partiyasının nümayəndələri ilə görüş keçirilib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurasında Avropa Xalq Partiyasının nümayəndələri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 07 iyul 2014 18:37 (UTC +04:00)

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışıb.

Azay Quliyev Şuranın fəaliyyəti dövrü ərzində insan hüquqları, təhsil, mədəniyyət və digər sahələr üzrə yüzlərlə yerli QHT-nin layihələrini maliyyələşdirdiyini bildirib. Azay Quliyevin həmçinin Şuranın xarici QHT-lər üçün qrant proqramı haqqında da qonaqlara dolğun məlumat verərək müxtəlif mövzular üzrə bir çox nüfuzlu Avropa təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulayıb.

A. Quliyev Şura ilə Avropa Xalq Partiyası arasında da vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uğurlu əməkdaşlıq münasibətləri qura biləcəklərini bildirib. Mərkəzçi Demokratlar İnternasionalın faktaraşdırma missiyasının üzvləri Şuranın fəaliyyətini müsbət qiymətləndirdiklərini və ikitərəfli əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliklərini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR