Sağlamlıq imkanları məhdud uşaqlar Latviyaya bərpa müalicəsinə göndərilib

Sağlamlıq imkanları məhdud uşaqlar Latviyaya bərpa müalicəsinə göndərilib
# 10 iyul 2014 12:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 26 nəfər Latviyaya müalicəyə göndərilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yurmala şəhərindəki “Vaivari” Milli Mərkəzində uşaqlara bərpa müalicə xidməti göstəriləcək. Mərkəzdə uşaqların sağlamlıq imkanları məhdudluğunun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə üsulları tətbiq olunur.

Qeyd edək ki, cari ilin aprelindən “Vaivari” Milli Mərkəzinə ümumilikdə 86 nəfər sağlamlıq imkanları məhdud uşaq yola salınıb. Bu ay ərzində daha 20 uşağın həmin mərkəzə göndərilməsi planlaşdırılır. Beləliklə, cari il ərzində ötən illə müqayisədə 35 faiz çox, yəni 106 nəfər bu qəbildən olan uşağın xaricdə bərpa müalicəsi nəzərdə tutulub.

Uşaqlar valideynlərindən birinin müşayiəti ilə xaricə yola salınır. Uşaqların və valideynlərinin həmin mərkəzdə yerləşməsinə, orada bərpa müalicə xidmətinin təşkilinə nəzarət etmək, habelə müvafiq reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə ƏƏSMN aidiyyəti struktur bölmələrindən olan əməkdaşlar da Latviyaya ezam olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR