Ağ ev: Obama Suriyadakı “İslam Dövləti”nə qarşı hərbi əməliyyatlara başlamaq haqqında hələ qərar verməyib

Ağ ev: Obama Suriyadakı “İslam Dövləti”nə qarşı hərbi əməliyyatlara başlamaq haqqında hələ qərar verməyib
# 26 avqust 2014 08:53 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. ABŞ prezidenti hələlik Suriyadakı “İslam Dövləti” (İŞİD) qüvvələrinə qarşı hərbi əməliyyatlara başlamaq haqqında qərar verməyib.

APA - nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ ev sözçüsü Coş Ernest jurnalistlərin ABŞ-ın İraqdan sonra Suriyada da İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb-başlamayacağına dair sualını cavablandırarkən deyib.

İŞİD-dən ciddi təhlükə gəldiyini deyən C. Ernest Barak Obamanın məsələni diqqətdə saxladığını bildirib. O, hərbi gücün yeganə vasitə olmadığını və mübarizə üçün başqa üsullardan istifadə edilə biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR