“Yeni Azərbaycan” qəzetinin 20 illiyi qeyd olunub

“Yeni Azərbaycan” qəzetinin 20 illiyi qeyd olunub
# 22 aprel 2013 17:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Yeni Azərbaycan” qəzetinin 20 illiyi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, bir sıra deputatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir qəzetin fəaliyyəti haqqında videoçarxın nümayişi ilə başlayıb. Baş redaktor Hikmət Babaoğlu bildirib ki, “Yeni Azərbaycan” qəzeti 20 ildir ki, Azərbaycanın müstəqillik tarixinin salnaməsini yazır. Azərbaycanda dövlət tərəfdən mətbuata hər cür qayğı göstərildiyini söyləyən H. Babaoğlunun fikrincə, mətbuatın cəmiyyətdə yükü, intellektual gücü getdikcə artır.

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov isə çıxışında bəyan edib ki, qəzet müasir milli mətbuatın formalaşmasında əhəmiyyətli rol oynamış KİV-lərdəndir: “Qəzetin 20 ildir fəaliyyət göstərməsi ilk növbədə Heydər Əliyev siyasətinin təbliğ olunması, bu siyasətin həyata keçirilməsi istiqamətində əldə edilən uğurların Azərbaycan oxucularına çatdırılmasından ibarət olub”.

Sonra PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin “Yeni Azərbaycan” qəzetinə ünvanlanmış təbrik məktubunu oxuyub.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR