Ötən ay 1663 əcnəbi Azərbaycandan çıxarılıb

Ötən ay 1663 əcnəbi Azərbaycandan çıxarılıb
# 09 iyun 2016 10:11 (UTC +04:00)

Bakı-APA. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən may ayı ərzində 1845 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 25-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 157 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1329 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 334 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Müvəqqəti yaşamaq icazəsi almaq üçün məqsədli şəkildə nikaha daxil olan, lakin birgə yaşamayan 2, əvvəllər barəsində deportasiya qərarı qəbul edilmiş, lakin sonradan məqsədli şəkildə pasport məlumatlarını dəyişərək ölkə ərazisinə daxil olan 1 əcnəbi şəxs Xidmət tərəfindən aşkarlanıb və qanuna müvafiq tədbirlər görülüb.

Ümumiyyətlə, ay ərzində DMX-ə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8951 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 49118 əcnəbinin müraciəti qeydə alınıb. Eyni zamanda DMX tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 34 maarifləndirmə tədbiri keçirilib və 638 şəxsə səyyar xidmət göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR