AMEA ilə Macarıstan İnnovasiyalar İdarəsi arasında anlaşma memorandumu imzalanıb

AMEA ilə Macarıstan İnnovasiyalar İdarəsi arasında anlaşma memorandumu imzalanıb
# 20 noyabr 2014 09:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, memorandumu Macarıstan – Azərbaycan Biznes Forumu çərçivəsində Macarıstan Milli İnnovasiya Ofisinin rəhbəri Endre Spaller və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri Vüqar Babayev imzalayıblar.


Sənəddə elmi-texniki və innovativ sahələr üzrə tərəfdaşlığın üstünlükləri, onların milli iqtisadiyyatların və hər iki ölkənin tərəqqisindəki vacibliyi vurğulanıb, həmçinin əməkdaşlığın təşviqi və təbliği mühüm hesab edilib.

Tədbirdə elmi-texniki və innovasiya üzrə beynəlxalq əməkdaşlığın Macarıstan və Azərbaycanın tədqiqat cəmiyyətləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin gücləndirəcəyi ifadə olunub. Bildirilib ki, memorandumda tərəflərin razılaşdırdığı sahələr üzrə layihələrin keçirilməsi, eyni zamanda alim və mütəxəssislərin qarşılıqlı mübadiləsi, birgə konfrans, simpozium, seminar və digər tədbirlərin təşkil olunması, elmi müəssisələr arasında texnologiyalar mübadiləsinin aparılması, həmçinin çoxtərəfli və regional elmi, texnoloji və inkişaf proqram və layihələrində iştirakın və əməkdaşlığın dəstəklənməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR