Müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə Nazirlər Kabinetində baxılır

Müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə Nazirlər Kabinetində baxılır
# 20 aprel 2015 15:01 (UTC +04:00)


Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən Azərbaycanda müəllimlərlə bağlı başlanan islahatın davamını təmin etmək üçün Nazirlər Kabinetinə müvafiq təklif təqdim olunub. APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, hazırda rayonlarda müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə hökumət tərəfindən baxılır.


Nazir müəyyən şirkətlərin gəncləri xaricdə təhsilə cəlb etməsinə də toxunub: “Bir müddət öncə Təhsil Nazirliyinin yaydığı açıqlama Azərbaycanda fəaliyyət göstərən və pullu xidmət kimi xaricdə təhsili təklif edən şirkətlərlə bağlıdır. Açıqlamanın məqsədi ondan ibarət idi ki, 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə dövlət proqramına qəbul aparmaq üçün Təhsil Nazirliyi heç bir şirkətlə əməkdaşlıq həyata keçirmir. Çünki bəzi hallarda sui-istifadə hallarına yol verilir, bəzi qurumlar və şəxslər bunu fərdi şəkildə təklif edir. Bu baxımdan biz faydalı hesab etdik ki, vətəndaşların diqqətinə bu məsələni çatdıraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR