Qordon Birrel: “Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı nəzərdə tutulan işlərin təxminən 31%-i artıq yekunlaşıb”

Qordon Birrel: “Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı nəzərdə tutulan işlərin təxminən 31%-i artıq yekunlaşıb”
# 03 iyun 2015 11:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı nəzərdə tutulan işlərin təxminən 31%-i artıq yekunlaşıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib.

Onun sözlərinə görə, bura layihələndirmə, torpaqların alınması və s. işlər daxildir: “"Çıraq" yatağındakı platformada yenidənqurma işlərinə iki ay sonra başlanacaq: "Bilirsiniz ki, "Qərbi Azəri" platformasında profilaktik işlər aparılır. Bu işlər bitəndən sonra "Çıraq" platformasında da profilaktik işlər aparılacaq. İşlər cari hasilata təsir etsə də, illik hasilata təsiri olmayacaq. Bizə lazım olan quyulardan 8-ni qazmışıq. Həmçinin, iki platforma üçün iki dayaq blokları quraşdırılıb. Sualtı borular düzən gəminin modernləşdirilməsi işləri başa çatdırılıb. Bir neçə günə işlərə start veriləcək. Gürcüstanda tikilməli olan iki iri kompressor stansiyasının tikintisinə artıq başlanılıb", - deyə Q.Birell bildirib.

O qeyd edib ki, ümumilikdə, "Şahdəniz" layihəsinin ikinci hissəsi və Cənub Qaz Kəməri üçün təkcə Azərbaycanda dəyəri 10 mlrd. dollardan artıq olan müqavilələr imzalanıb. O, təkcə Azərbaycanda hər iki layihənin icrasına 12 500 işçinin cəlb edildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR