Gəncə sakini intihara cəhd edib

Gəncə sakini intihara cəhd edib
# 30 iyun 2016 22:32 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə intihara cəhd olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Şöhrət Əliyev sirkə turşusu zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Ş. Əliyevin ailə münaqişəsi zəminində sirkə turşusu içərək intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR