İstanbulda gənc azərbaycanlı rəssamın sərgisi açılıb - FOTOSESSİYA

İstanbulda gənc azərbaycanlı rəssamın sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 03 may 2015 01:16 (UTC +04:00)

Bakı-APA. İstanbuldakı “Niş-2” sənət qalereyasında gənc azərbaycanlı rəssam Xaqan Bayramovun fərdi sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, sərgidə Xaqan Bayramovun yağlıboya ilə çəkdiyi İstanbul mənzərələri və natürmortlar nümayiş etdirilir.

Sərginin açılışında sənətsevərlər, kolleksiyaçılar və media nümayəndələri iştirak edib.

“Bundan əvvəl bəzi qrup sərgilərində Xaqan Bayramovun tablolarını görüb bəyənmişdim. Bu yaşında İstanbulun ən ciddi sənət mərkəzi sayılan Təşvikiyyə bölgəsində fərdi sərgi açmaq hər sənətkara nəsib olmur, ancaq Xaqan Bayramov bunu bacarıb. Həm Xaqanı, həm də uşaqlıqdan bəri Xaqanın yetişməsinə çox əmək sərf etmiş azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunu ürəkdən təbrik edirəm”, deyə APA-ya açıqlamasında Türkiyənin tanınmış rəssamı Timir Taştəkin deyib.

1992-ci ildə Naxçıvanda anadan olan Xaqan Bayramov bir müddət İstanbulda Əbülfəz Fərəcoğlunun sənət atelyesində çalışandan sonra Sankt-Peterburqdakı İ.Repin adına İncəsənət Akademiyasına qəbul olub. Xaqan Bayramovun İstanbuldakı ”Niş-2” qalereyasındakı sərgisi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olduğu həftədə keçirilməsi planlaşdırılmış mədəniyyət tədbirləri çərçivəsində açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR