Dənizdə batmaq təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib
# 05 sentyabr 2015 14:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər nazirliyin dalğıc-xilasediciləri tərəfindən 2 nəfər xilas olunub.

Xidmətə daxil olan məlumata görə, digər fakt Xəzər rayonu ərazisində qeydə alınıb. Orada da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batmaq təhlükəsi ilə üzləşən şəxsin həyatı xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR