Məleykə Abbaszadə: "Bu ilin aprel ayında TQDK əhaliyə 1 milyon 16 min elektron xidmət göstərib"

Məleykə Abbaszadə: "Bu ilin aprel ayında TQDK əhaliyə 1 milyon 16 min elektron xidmət göstərib"
# 01 iyun 2015 10:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, bu ilin aprel ayında Elektron hökumət portalı vasitəsilə əhaliyə 1 milyon 500 mindən çox xidmət göstərilib ki, bunun 1 milyon 16 mini TQDK tərəfindən həyata keçirilib.

M.Abbaszadə Azərbaycanla qonşu ölkələrdəki məzunların sayını müqayisə edib. O bildirib ki, bu il Ermənistanda 11 min nəfər abituriyent olacaq: “Orada qəbul və buraxılış imtahanları birgə keçirilir. Bu abituriyentlərin imtahan verməsi üçün 34 imtahan mərkəzi yaradılıb. Azərbaycanda isə buraxılış və qəbul imtahanları ayrı keçirilir. Yalnız buraxılış imtahanında 200 minə yaxın abituriyent iştirak edəcək. I-IV qruplar üzrə qəbul imtahanında iştirak etmək üçün 80 min, V qrup üzrə isə 30 min sənəd verilib. Bu rəqəmlər yalnız Ermənistanla bağlı deyil, ayrı-ayrı ölkələr üzrə də statistik məlumatlar var. Belə ki, Qazaxıstan 17 milyon əhaliyə XI sinif məzunlarının sayı 124 339 nəfərdir. Qırğızıstanda 5 milyon 700 nəfər əhaliyə 16 500 XI sinif məzunu, Belarusda 9 milyon 400 min əhaliyə 58 min XI sinif məzunu, Bolqarıstanda isə 8 milyon əhaliyə 35 min məzun var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR