Ceyms Uorlik: “Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi illər boyu müzakirə olunan məsələdir”

Ceyms Uorlik: “Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi illər boyu müzakirə olunan məsələdir”
# 23 iyul 2015 15:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirilən mətbuat konfransında deyib.

“Mən düşünürəm ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi və eyni zamanda beynəlxalq təhlükəsizlik zəmanəti istənilən münaqişənin həllinin əsas amillərindən biri olmalıdır”, - deyə o, söyləyib. Diplomat bildirib ki, bu məsələ münaqişəyə cəlb olunmuş hər iki tərəfin diqqətindən yayınmamalıdır və görüşlər zamanı müzakirə olunmalıdır.

Azərbaycanlı girovlar məsələsinə gəldikdə isə, həmsədr bu məsələyə toxunduqlarını vurğulayıb: “Girovlar məsələsinə həm ABŞ hökumətinin, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin münasibəti eyni olaraq qalır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR