Gədəbəy Elektrik Şəbəkəsinin əməkdaşı iş başında ölüb

Gədəbəy Elektrik Şəbəkəsinin əməkdaşı iş başında ölüb
# 13 avqust 2015 09:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gədəbəy rayon sakini faciəli şəkildə ölüb.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Rayon Elektrik Şəbəkəsinin həmin kənd üzrə nümayəndəsi Malik Quliyev təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR