Obama: “NATO müttəfiqlərinin hər birini qoruyacaq”

Obama: “NATO müttəfiqlərinin hər birini qoruyacaq”
# 10 iyul 2016 03:20 (UTC +04:00)

Bakı-APA. NATO müttəfiqlərinin hamısını qorumağa hazır olduğunu bir daha təsdiqləyir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

“NATO dayandırma strategiyasını möhkəmləndirir. Alyans bununla açıq-aydın xəbərdarlıq edir ki, biz müttəfiqlərimizin hər birini qoruyacağıq”, - deyə Obama bildirib.

Obama NATO-nun dayandırma strategiyasının möhkəmləndirilməsinə NATO-nun Avropadakı müttəfiqlərinə ABŞ tərəfindən yardım proqramının genişləndirilməsi və digər addımları aid edib.

“Biz sadəcə NATO Nizamnaməsinin ümumi təhlükəsizliyə dair 5-ci maddəsi çərçivəsində öz öhdəliklərimizi təsdiqlədik. Bununla əlaqədar biz kollektiv təhlükəsizliyi daha ciddi şəkildə gücləndirməyə başlamışıq”, - deyə Obama qeyd edib.

Obama həmçinin Alyansın şərq cinahda iştirakı məsələsində irəlilədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR