Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2016-cı il mayın 1-ə 22 mlrd. 558,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,727 mlrd. manat və ya 20% çoxdur. O cümlədən, mart ayı ilə müqayisədə apreldə depozitlərin həcmi 563,5 mln. manat və ya 2,44% azalıb.
Depozitlərin tərkibində 7,685 mlrd. manatı və ya 34,1%-i ev təsərrüfatları əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2015-ci il mayın 1-ə nisbətən 32,2 mln. manat və ya 0,4% azalıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin mayın 1-ə 14 873,1 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 3 759,2 mln. manat və ya 33,8% artıb.
Hüquqi şəxslərin depozitlərinin tərkibində 6 mlrd. 182,4 mln. manatı və ya 41,57%-i maliyyə təşkilatların depozitlərinin, 8 mlrd. 690,7 mln. manatı və ya 58,4%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.
Yerli banklarda depozitlərin 4 mlrd. 334,5 milyonu manatla, 18 mlrd. 223,5 milyonu isə xarici valyutada yerləşdirilib.