Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub

Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub
# 26 fevral 2015 12:08 (UTC +04:00)


Bakı – APA. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi institut və təşkilatlara, eləcə də Niderland parlamentinin xarici işlər üzrə komissiyasının rəhbəri A. Eijsink və qurumun digər üzvlərinə petisiya ilə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, petisiya həmçinin BMT, ATƏT, Avropa Şurası, Beynəlxalq Ombudsman qurumu və digər beynəlxalq təşkilatların üzvlərinə, habelə Azərbaycanın xaricdəki səfirliklərinə göndərilib.

Petisiyada Xocalı soyqırımına görə Ermənistanın heç bir beynəlxalq səviyyəli təşkilatlar tərəfindən məsuliyyətə cəlb edilməməsi təəssüflə qeyd olunur. Müraciətdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir.

Petisiyada qeyd olunur ki, Xocalı faciəsinin əvvəlcədən planlaşdırılması, etnik təmizləmə siyasətinə əsaslanması bu cinayətin beynəlxalq normalara görə soyqırımı olduğunu bir daha təsdiqləyir. Petisiya müəllifləri dünya ictimaiyyətini Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalıda törədilmiş vandalizm və zorakılıq cinayətlərini soyqırımı kimi tanımağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR