Rəis müavini: “Cəzaçəkmə müəssisələrindəki vəziyyətlə bağlı mətbuatda yazılanların çoxu qərəzlidir”

Rəis müavini: “Cəzaçəkmə müəssisələrindəki vəziyyətlə bağlı mətbuatda yazılanların çoxu qərəzlidir”
# 19 mart 2013 08:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycandakı cəzaçəkmə müəssisələrindəki vəziyyətlə bağlı mətbuatda yazılanların çoxu səhvdir”. APA-nın məlumatına görə, bunu Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov deyib.

H. Əlixanov mətbuatda yazılanların çoxunun qərəzli olduğunu qeyd edib: “Yazırlar ki, rüşvət alınır, işgəncə verilir. Bütün bunlar yalandır. Ola bilər ki, bu cür hallar tək-tük olsun. Biz də bu cür hallarla qəti mübarizə aparırıq. O cür hallara yol verən əməkdaşlar sərt şəkildə cəzalandırılır. Müəssisələrdə məhkumlar üçün hər bir şərait yaradılıb. Onların təhlükəsizliyi azadlıqdakından da çox qorunur. Bəzən məhkumun yanına gələn yaxınları onlara narkotik, telefon, pul keçirməyə çalışırlar. Bu cür hallara yol vermək olmaz. Elə məhkum var ki, qanunlara hörmət etmir. Biz çalışırıq ki, məhkumlar tam tərbiyə, islah olunub azadlığa çıxsın. Belə olmayanda o yenidən gedib cinayət törədir. Tam tərbiyə olunan məhkumun həbsdə qalmasını biz də istəmirik. Dələduzluq cinayəti ilə tutulan bir çox qadın məhkumlar var. Onlar azadlığa çıxan kimi yenidən həmin cinayətlə məşğul olurlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR