“Bank VTB (Azərbaycan)” aktivlərini artırıb

 “Bank VTB (Azərbaycan)” aktivlərini artırıb
# 24 oktyabr 2014 14:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 1 oktyabr 2014-cü il tarixinə “Bank VTB (Azərbaycan)”ın aktivləri 263 mln. manat təşkil edib ki, bu da ötənilki analoji dövrün göstəricisi ilə müqayisədə aktivlərin 97 mln. manat artım deməkdir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Bankın məcmu kredit portfeli üzrə göstəricisi 246 mln. manat olub. 2013-cü ilin 9 aylıq göstəricisi ilə müqayisədə kreditləşmənin həcmi 97 mln. manat artıb. Kredit portfelinin 53%-i biznes-kreditlərin payına düşüb ki, onlardan da 32%-i mikro və kiçik sahibkarlığa, 21%-i isə orta və iri biznes layihələrinə yönəldilib. Ümumi kredit portfelinin 47%-ni təşkil edən istehlak kreditlərinin əsas hissəsi avtokreditlərin (27%) və nağd kreditlərin (16%) payına düşüb.

Oktyabrın əvvəlinə Bankın depozit portfeli 14 mln. manat olub. Bu ilin ilk 9 ayının nəticəsində bankın gəlirləri 3 mln. manata çatıb ki, bu da 2013-cü ilin analoji dövrünə nisbətən 1,7 mln. manat çoxdur.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 48 mln. manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə məcmu kapital 17 mln. manat artıb.

“2014-cü ili Bank VTB (Azərbaycan)-ın sürətli inkişafa start verdiyi bir dövr kimi dəyərləndirmək olar. Bütün istiqamətlərdə fəaliyyətimizi aktivləşdirmişik və Azərbaycan bank bazarının fəal iştirakçılarından birinə çevrilmişik», - deyə Bankın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib.

Təhlil olunan dövr ərzində “Bank VTB (Azərbaycan)” 5 yeni filialını istifadəyə verməklə satış nöqtələrinin sayını 10-a çatdırıb. Bu ilin sonuna kimi biri Sumqayıt şəhərində olmaqla daha 3 filialın müştərilətin xidmətinə verilməsi planlaşdırılır.

“Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank ASC” və “AtaHolding” ASC-dir. Bank əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 10 filial və Baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR