“Nodulyar dermatit” xəstəliyinin əleyhinə istehsal olunmuş vaksinlərin ilk partiyası ölkəyə gətirilib

“Nodulyar dermatit” xəstəliyinin əleyhinə istehsal olunmuş vaksinlərin ilk partiyası ölkəyə gətirilib
# 14 yanvar 2015 13:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün iribuynuzlu heyvanlar arasında yayılmış “Nodulyar dermatit” adlı xəstəliyin əleyhinə Türkiyədə istehsal olunmuş vaksinlərin ilk partiyası ölkəmizə gətirilib.

Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Y.Xanvəli sifariş olunmuş 12 milyon doza miqdarında vaksinin 8 milyonunun artıq ölkəyə gətirildiyini bildirib: “Dörd milyon dozalıq ikinci partiyanın isə bu yaxınlarda gətirilməsi gözlənilir”.

Vaksinlərin anbarlarda saxlanılacağını qeyd edən Y.Xanvəli fevralın 15-dən sonra xəstəliyin qeydə alındığı 35 rayonda peyvəndlənmə işlərinə start veriləcəyini söyləyib: “Xəstəliyin qeydə alındığı ərazilərdə bufer zona yaradılacaq. Bu dağ və dağ ətəyi ərazilərdə xəstəliyə yoluxmamış heyvanları virusdan qorumaq məqsədi daşıyır. Virusa yoluxmayan heyvanlar da peyvənd olunacaq”.

Y.Xanvəli “Nodulyar dermatit” xəstəliyinə yoluxan 6040 baş iribuynuzlu heyvandan 5 min 781 baş iribuynuzlu heyvanın sağaldığını da qeyd edib: “259 baş heyvan isə virusla bərabər, digər yanaşı xəstəliklərin təsirindən tələf olub”.

Ötən yay respublikada iribuynuzlu heyvanlar arasında qeydə alınmış “Nodulyar dermatit” adlı xəstəlik virus mənşəli olub qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR