Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 14 mart 2013 06:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,02 dollar və ya 0,02% azalaraq 1 barelə görə 92,52 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, martın 13-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,13 dollar və ya 1,0% azalaraq 108,52 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR