Göygöldə sərnişin mikroavtobusu aşıb, ölən və xəsarət alanlar var - VİDEO

Göygöldə sərnişin mikroavtobusu aşıb, ölən və xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 03 aprel 2015 07:34 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Samux rayonunun Alabaşlı - Qarayeri avtomobil yolunun Göygöl rayonu ərazisində olan hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Kəmaləddin Ənvər oğlu Qafarov idarə etdiyi “QAZel” markalı mikroavtobusu aşırıb. Nəticədə maşında olan sərnişin, Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Səfər Cəfər oğlu Tağıyev hadisə yerində ölüb.

Şəmkir rayonunun Könüllü kənd sakinləri, 1964-cü il təvəllüdlü Gülbəsti Məhəmməd qızı Tanrıverdiyeva və 1968-ci il təvəllüdlü Bahar İsa qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR