Azərbaycanlı rejissorlar VII Rofife Rotary Qısa Film Festivalında iştirak ediblər

Azərbaycanlı rejissorlar VII Rofife Rotary Qısa Film Festivalında iştirak ediblər
# 01 aprel 2015 12:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Antalyada VII Rofife Rotary Qısa Film Festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalda “Fəxri qonaq” qismində iştirak edən Azərbaycanı rejissorlar Ayaz Salayev və Amil Məmiyev təmsil ediblər.

Festival çərçivəsində A.Salayevin ustad dərsi təşkil olunub, Aralıq Dənizi Universitetində “Keçmişdən günümüzə Azərbaycan kinosu” mövzusunda keçirilən konfransda azərbaycanlı rejissorlar Azərbaycan kinosu ilə bağlı çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR