Soçidə turistləri daşıyan avtobus ağaca çırpılıb, 11 nəfər xəsarət alıb

Soçidə turistləri daşıyan avtobus ağaca çırpılıb, 11 nəfər xəsarət alıb
# 05 aprel 2015 04:18 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Soçi şəhərində turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusda 32 turistin olduğu bildirilir. Qeyd olunur ki, kurort zonasına yollanan avtobusun sürücüsü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR