Beyləqanda azyaşlının əli ətçəkən maşında qalıb

Beyləqanda azyaşlının əli ətçəkən maşında qalıb
# 28 iyun 2015 09:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Beyləqanda azyaşlının əli ətçəkən maşında qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqan şəhərində mənzildə azyaşlı uşağın əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər ətçəkənin detallarını kəsib və uşağın əlinin çıxarılmasına nail olublar. Uşaq xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR