Ötən il məhkəmə qərarlarının icrasından yayınan 200-dən çox şəxs barəsində cinayət işi başlanılıb

Ötən il məhkəmə qərarlarının icrasından yayınan 200-dən çox şəxs barəsində cinayət işi başlanılıb
# 06 mart 2015 07:09 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Məlumata görə, 2014-cü ildə yerli icra qurumlarının icraatına daxil olan mülki, iqtisadi və inzibati icra işlərinin sayı 36 faiz artaraq 280 minə çatıb.

Görülmüş tədbirlər nəticəsində icra sənədlərinin 70 faizinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 113 milyon manatdan artıq vəsaitin ödətdirilməsinə nail olunub.

Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3900 şəxs barəsində inzibati xəta protokolu tərtib edilib, 1610 belə şəxs məhkəmələr tərəfindən inzibati qaydada cəzalandırılıb. Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 200-dən çox şəxs barəsində cinayət işi başlanılıb.

Hesabat dövrü ərzində 3121 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR