İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mahmud Əhmədinejadı tənqid edib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mahmud Əhmədinejadı tənqid edib
# 14 aprel 2013 20:30 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi hökuməti sərt tənqid edib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, buna səbəb prezident Mahmud Əhmədinejadın İranın Simnan vilayətində ictimaiyyət qarşısında çıxışı zamanı ölkə bayrağını qudası İsfəndiyar Rəhim Məşayiyə verməsi olub. “Bu, əhali arasında gərginlik yaratmaq cəhdinə açıq nümunədir”, - deyən iranlı general-mayor M. Əhmədinejadın Simnandakı çıxışındakı “Ölkədə hər şeyin dəyişməsi üçün radikal islahatlar aparmalıyıq” cümləsinə də işarə vurub.

Qeyd edək ki, İranın ali dini lideri, ayətullah Əli Xamneyiyə yaxın saytlar və rəsmilər M. Əhmədinejadı qudası İ. Məşayini özündən sonra prezident vəzifəsinə gətirməyə cəhddə günahlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR