Azərbaycan hərbçiləri Pakistanda hərbi təlimlərdə iştirak edirlər

Azərbaycan hərbçiləri Pakistanda hərbi təlimlərdə iştirak edirlər
# 05 mart 2013 09:03 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Pakistanın Kəraçi şəhərində “Aman-2013” çoxmillətli dəniz təlimləri başlayıb. Bu barədə APA-ya Pakistan Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.

Təlimdə 34 ölkədən Hərbi Dəniz Qüvvələrinin heyətləri, gəmilər, sualtı müdafiə və sualtı hücum qrupları iştirak edir.

Pakistan HDQ-nin donanma komandanı, vitse-admiral Xan Haşam bin Siddiqin rəhbərliyi altında keçirilən təlimin açılış mərasiminə Pakistandakı xarici diplomatlar da qatılıb.

Təlimdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR