“AzərTac” Dövlət Kino-Foto Sənədləri Arxivinə 1196 fotosənəd verib

“AzərTac” Dövlət Kino-Foto Sənədləri Arxivinə 1196 fotosənəd verib
# 24 aprel 2013 09:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə “AzərTac”dan daimi saxlanılmaq məqsədilə 1196 saxlama vahidi fotosənədlər daxil olub.

Arxivdən APA-ya verilən məlumata görə, 2011-ci ili əhatə edən fotosənədlər dövlət başçısının rəsmi qəbullarını, xarici səfərləri ilə yanaşı, təhsil, mədəniyyət, turizm, ekologiya sahələrində dövlət sifarişi ilə yerinə yetirilən layihələrinin icrasını əks etdirir. Bakı və Sumqayıt şəhərlərində əsaslı tikinti və abadlıq-quruculuq işləri, Abşeron kəndləri, qəsəbələrində görülən işlər fotosənədlərdə sıralanır.

Hazırda Arxivdə fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, məzmunlarının qısa açıqlanması hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR