Edvard Nalbandyan yenidən Ermənistanın xarici işlər naziri təyin olunub

Edvard Nalbandyan yenidən Ermənistanın xarici işlər naziri təyin olunub
# 20 aprel 2013 17:27 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarqsyan yenidən Edvard Nalbandyanı xarici işlər naziri təyin edib. APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Serj Sarqsyan aprelin 20-də müvafiq fərman imzalayıb.

Xatırladaq ki, ötən gün Ermənistan prezidenti Serj Sarqsyan Tiqran Sarkisyanı yenidən baş nazir vəzifəsinə təyin edilməsi barədə fərman imzalayıb.

56 yaşlı Tiqran Sarkisyan 2008-ci il aprelin 9-dan Ermənistanın baş naziridir. O hakim Respublika partiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR