Masazır ərazisindəki sürüşmə sahəsi aktivləşib

Masazır ərazisindəki sürüşmə sahəsi aktivləşib
# 25 mart 2013 14:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Masazır qəsəbəsi ərazisində, şəhid Nazim Əsədov küçəsi, ev 12 ünvanında bir neçə ay əvvəl müəyyən olunmuş sürüşmə sahəsi aktivləşib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

S. Əmiraslanov bildirib ki, bu sürüşmə sahəsi əvvəllər təyin olunub: “Orada sürüşmənin yaranmasının birinci səbəbi ərazidə kanalizasiya şəbəkəsinin olmamasıdır. İki gündür mövcud sürüşmə sahəsində aktivləşmə müşahidə olunur. Burada sürüşmə evə doğru hərəkət edir”.

S. Əmiraslanov son vaxtlar respublikanın dağlıq ərazilərindən keçən yollarında sürüşmələrin müşahidə olunduğunu da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR