“Expressbank” “premium” kartlarını pulsuz təklif edir

“Expressbank” “premium” kartlarını pulsuz təklif edir
# 04 noyabr 2015 10:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Expressbank” bank kartları üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə edə bilərlər.

Visa Platinum / MasterCard Platinum üçün isə 800 manat ilkin mədaxil edərək filiallarda və ya www.expressbank.az saytından onlayn sifariş etmək mümkündür. Hər 2 premium kart üçün SMS məlumatlandırma xidməti pulsuz təqdim edilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Bundan başqa, müştərilər Visa Electron / Maestro kartlarını 6 manat, Visa Classic / MasterCard Standard kartlarını isə 8 manata əldə edə bilərlər. Kartlar 1 il müddətinə verilir, SMS məlumatlandırma xidməti 6 manatdır.

“Expressbank” geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği “Expressbank”ın bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

“Expressbank” həmçinin internet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq məqsədilə bank kartı istifadəçilərinə 3D Secure xidmətini təqdim edir. Bu xidmət həm “Visa”, həm də “MasterCard” kartlarına şamil olunur.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR