Bakıda avtobusda həyat yoldaşını öldürən şəxs tutulub - VİDEO

Bakıda avtobusda həyat yoldaşını öldürən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 10 aprel 2015 07:37 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədov tutulub.

Qeyd edək ki, hadisə aprelin 8-də gecə saatlarında Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda baş verib. N. Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F. Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR