Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbula gələnlərin sayı azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbula gələnlərin sayı azalıb
# 10 aprel 2015 07:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələrində vətəndaşlara göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması quruma qəbula gələnlərin sayının getdikcə azalması ilə müşahidə olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin I rübü ərzində ƏƏSMN-nə qəbula gələn vətəndaşların sayı 2256 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1288 nəfər (36,6%) azdır. O cümlədən nazirliyə qəbula gələnlərin sayı ötən ilin müvafiq ayları ilə müqayisədə cari ilin yanvar ayında 6,5%, fevral ayında 48,7 %, mart ayında 45,7% azalıb. Müraciət edənlərin 53 nəfəri nazir, 70 nəfəri nazir müavinləri və aparat rəhbəri, digərləri nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin yanvar-mart aylarında respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiklərinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Abşeron, Masallı və Sabirabad rayonlarında 13 rayon və şəhər üzrə ümumilikdə 92 vətəndaş qəbul edilərək müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR