Salyanda adam bıçaqlayan şəxs tutulub

Salyanda adam bıçaqlayan şəxs tutulub
# 26 oktyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Salyanda adam bıçaqlayan şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Salyan rayonunun Cəngən kəndində kənd sakini Toğrul Rufullayev münaqişə zəminində həmkəndlisi Kənan Səfərova bıçaqla xəsarət yetirib.

Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Rufullayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR