«Unibank»ın Bərdədə filialı açılıb

«Unibank»ın Bərdədə filialı açılıb
# 29 mart 2013 12:15 (UTC +04:00)

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın sayca 30-cu olan bu filialı Bərdə rayon əhalisinə hər cür bank xidməti göstərəcək.

Bankın yeni xidmət məntəqəsi nağd istehlak kreditləri, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək. Həmçinin, biznes sahibləri və fərdi sahibkarlara mikrokredit alətlərinə xüsusi diqqət yetirilir. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsullar çeşidi təklif olunur.

Filial Bərdə şəhəri, Nizami küçəsi,72 ünvanında (İcra Hakimiyyətinə yaxın) yerləşir. Müasir üslubda qurulan yeni filialın bütün əməkdaşları ixtisaslaşdırılmış hazırlıq keçiblər.

«Filial şəbəkəsinin genişləndirilməsi «Unibank»ın strategiyasının əsas istiqamətlərindən biridir. Bununla da «Unibank» dövlət səviyyəsində həyata keçirilən regionların sosial-iqtisadi inkişafına öz dəstəyini verir. «Unibank»ın Bərdə filialı bölgə əhalisinə sərfəli və keyfiyyətli bank xidməti imkanı yaratmaqla yanaşı, verilən kreditlər hesabına bölgədə yeni-yeni uğurlu biznes layihələrinin reallaşmasına da təkan verəcək. «Unibank» ölkə rayonlarında filial şəbəkəsinin genişləndirməyi öz fəaliyyət prioritetlərindən hesab edir. Yaxın vaxtlarda bankın daha bir neçə bölgədə yeni filialları açılacaq», - deyə məlumatda bildirilir.

Artıq «Unibank»ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində, keyfiyyətli bank xidməti ilə təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR