Gəncədə avtomobil ağaca çırpılıb, sürücü yaralanıb

Gəncədə avtomobil ağaca çırpılıb, sürücü yaralanıb
# 10 aprel 2015 07:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə sürücünün yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 10-da saat 1 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin Hakan oğlu Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında ağaca çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR