Qafar Cəbiyevin “Girdiman tarixi və tarixi coğrafiyası” kitabı çap olunub

Qafar Cəbiyevin “Girdiman tarixi və tarixi coğrafiyası” kitabı çap olunub
# 30 oktyabr 2015 13:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini, əməkdar jurnalist Qafar Cəbiyevin “Girdiman tarixi və tarixi coğrafiyası” kitabı çap olunub. APA-nın xəbərinə görə, kitab AMEA Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görüb.

Kitabda erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında xüsusi yeri olan Girdiman vilayətinin tarixi və tarixi coğrafiyasından bəhs olunur. Çoxsaylı yazılı mənbə məlumatları, zəngin arxeoloji material, təkzibolunmaz təbii-coğrafi və etnik reallıqlar əsasında Girdiman vilayətinin tarixi və tarixi coğrafiyası dərindən, hərtərəfli surətdə araşdırılıb. Eyni zamanda, kitabda illüstrativ materiallar da yer alıb.

Kitabın redaktoru Tarix İnstitutunun direktoru, AMEA müxbir üzvü Yaqub Mahmudovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR