VHP prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib

VHP prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib
# 21 fevral 2013 13:38 (UTC +04:00)

Partiyanın mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, Siyasi Şuranın müzakirəsinə ölkədəki ictimai-siyasi vəziyyət və VHP-nin prezident seçkilərində iştirakı, qurultaya hazırlıq, təşkilati məsələlər daxil edilib.

Ümumi müzakirələrdən sonra Siyasi Şura üzvlərinin yekdil razılığı ilə VHP-nin prezident seçkilərində iştirakı barədə qərar qəbul olunub. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika Konfransının müzakirəsinə tövsiyə edilib.

VHP-nin növbəti qurultayına hazırlıq və rayon təşkilatlarının konfransının keçirilməsi məqsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

VHP sədri Sabir Rüstəmxanlı 21 fevralın - Ana Dili Günü olduğunu vurğulayıb və dövlət dilinin qorunması vacibliyindən danışıb.

Sonda partiyaya qəbulla bağlı Siyasi Şuraya edilən 19 müraciətə müsbət cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR